“KamAZ” “VAZ”la toqquşub körpüdən dəmiryoluna aşdı | Beyləqan
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, üç nəfər ölüb.
Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib.
“KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqədar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi və xətt polisi tərəfindən araşdırma aparılır.
#Avtomobil qəzası teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Minik avtomobili iki yük maşınının arasında qaldı | Rusiyada bədbəxt hadisə - 24 SAAT
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bakıda avtomobil neft quyusuna düşdü
- Naxçıvanda dəhşətə gətirən ailə faciəsi yaşandı - Baku TV CANLI
