Keçmiş həyat yoldaşını cəzalandırmaq üçün bu yola əl atdı | İranlının məhkəməsi
Yeniliklərdən dərhal xəbərdar olun
Həmyerlisi olan həyat yoldaşını öldürmək istəyən İran vətəndaşı Tabaraki Mehdi Rasoulun növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən qismində Beydekabi Seyedeh Morteza tanınıb.
Məhkəmə prosesində Mehdi Rasoulun keçmiş həyat yoldaşı onlayn şəkildə ifadə verib və hadisə barədə danışıb. Daha sonra təqsirləndirilən şəxsin vəkili qadına suallar ünvanlayıb.
Növbəti məhkəmə prosesi aprelin 10-na təyin olunub. İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşını avtomobildə öldürmək istəyib.
Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün Mehdi Tabaraki bıçağa əl atıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
