Keçmiş məhkum fəhləni qətlə yetirdi | Bakıda dəhşətli cinayətin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda tanışını qətlə yetirməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Şərur rayon sakini Adil Əsgərovun məhkəmə prosesi başa çatıb.
İttiham aktına əsasən, o, münaqişə zamanı 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovu öldürüb. Hadisə 2023-cü il oktyabrın 25-də baş verib.
İstintaqla müəyyən olunub ki, Adil Əsgərovla Firdovsi Nəcəfov arasında mübahisə yaranıb. Ünvanına işlədilən nalayiq ifadədən hiddətlənən Adil yerdən götürdüyü dəmir parçası ilə Firdovsinin başına bir neçə zərbə endirərək onu həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Adil Əsgərov isə bildirib ki, Zabrat qəsəbəsində fəhlə kimi çalışırmış. Oktyabrın 25-i axşam saatlarında acdığı üçün qutab satılan köşkə yaxınlaşıb. Onunla birgə fəhlə yoldaşı Firdovsi Nəcəfov da gəlib. Bu zaman Firdovsinin etdiyi kiçik atmaca səbəbindən aralarında mübahisə yaranıb. Adilin sərt reaksiyasını görən Firdovsi onu söyüb. Özündən çıxan Adil isə yerdən dəmir parçası götürərək arxadan Firdovsiyə yaxınlaşıb və onu vuraraq yerə yıxıb. Daha sonra təpiklə ona iki zərbə də endirib. Məhkəmə prosesində Adil Əsgərov ittiham aktı üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Adil Əsgərov bundan əvvəl 2014-cü ildə Cinayət Məcəlləsinin 149-cu – zorlama maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə isə 1 il 3 ay əvvəl şərti, vaxtından əvvəl azadlığa çıxıb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
