Pleyeri seçin:
Keçmiş məhkum yenidən saxlanıldı | Abşeron polisindən əməliyyat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədovu üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyi üçün saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib.
R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib.
Araşdırmalar davam etdirilir.
Kopyalandı
#Abşeron RPİ teqi istifadə olunub
