Keçmiş məhkumlarda görün nələr tapıldı | DİN-dən əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.
Tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən “Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunan Diyanət Ağadadaşov, Tərlan Cəfərov, tanışı Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
Məhəmməd Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla yanaşı, özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.
Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#Dələduzluq teqi istifadə olunub
- “Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI
- Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV
- Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI
