Pleyeri seçin:

Kişi “Telegram”da tanış olduğu özündən 9 yaş böyük qadına dəhşət yaşatdı

28 yanvar 2025 700 baxış

“Telegram”da tanış olduğu qadınla cinsi əlaqədən sonra onu öldürməyə cəhd edən şəxsə hökm oxunub.

Nizami rayon prokurorluğunda xuliqanlıq məqsədilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılan hadisə 2021-ci il iyulun 16-da qeydə alınıb. Həkimlər çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 1988-ci il təvəllüdlü şərti adı Gülnar Ağayeva olan qadının həyatını xilas edə bilib. 1997-ci təvəllüdlü şərti adı Bəhmən Quliyev olan şəxs Polis Şöbəsinə gələrək, sözügedən cinayəti törətdiyini etiraf edib. Anket məlumatlarına əsasən, o, Rusiyanın Tümen vilayətində anadan olub, əvvəllər məhkumluq həyatı yaşamayıb.

İstintaqla müəyyən edilib ki, iyulun 16-sı saat 17 radələrində şərti adı Bəhmən Quliyev olan şəxs “Telegram”dan tanış olduğu qadının kirayədə yaşadığı evə gəlib. Onunla cinsi əlaqədə olduqdan sonra qadın aralarında yaranan narazılığa görə təkrar cinsi əlaqədə olmaqdan imtina edib və ondan çıxıb getməsini tələb edib. Bunu bəhanə edən Bəhmən Quliyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən götürdüyü bıçaqla mənzilin dəhlizində Gülnar Ağayevanın bədəninin müxtəlif nahiyələrinə 9 bıçaq zərbəsi vurub. Zərərçəkən müqavimət göstərərək giriş qapısından bloka çıxıb, qonşuları köməyə çağırıb.

Bunu görən Bəhmən Quliyev pəncərədən tullanaraq, hadisə yerindən qaçıb. Təcili Tibbi Yardım briqadası tərəfindən vaxtında xəstəxanaya çatdırılan Gülnar Ağayevanın həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhmən Quliyev xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürməyə cəhd maddələri ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Banner
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 700 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 700 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 700 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 700 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 700 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 700 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 700 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 700 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 700 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 700 baxış
Seçilmişlər
icon