Pleyeri seçin:

Durov “Telegram”ın Rusiyada bağlanmasına münasibət bildirdi

11 fevral 2026 3732 baxış

“Telegram”ın qurucusu və sahibi Pavel Durov Rusiyada “Telegram”ın məhdudlaşdırılmasına münasibət bildirib.

Sahibkar Rusiyanın vətəndaşlarını nəzarət və siyasi senzura üçün nəzərdə tutulmuş, dövlət tərəfindən idarə olunan tətbiqə keçməyə məcbur etmək üçün “Telegram”a girişi məhdudlaşdırdığını söyləyib.

“Səkkiz il əvvəl İran da eyni strategiyanı sınadı və uğursuz oldu. İnsanları dövlət tərəfindən idarə olunan alternativə keçməyə məcbur etmək üçün uydurma bəhanələrlə “Telegram”ı qadağan etdi. Qadağaya baxmayaraq, əksər iranlılar hələ də senzuradan yayınaraq “Telegram”dan istifadə edir və onu nəzarətə məruz qalan tətbiqlərdən üstün tuturlar. Vətəndaşların azadlığını məhdudlaşdırmaq heç vaxt düzgün həll yolu deyil. “Telegram” hər hansı bir təzyiqə baxmayaraq, söz azadlığı və şəxsi həyatın toxunulmazlığını müdafiə edir”, – deyə Durov bildirib.

Artıq rusiyalı istifadəçilər ikinci gündür “Telegram”ın işindəki nasazlıqlardan şikayətlənirlər. Belə ki, istifadəçilər mediafaylların yüklənməsi və mesajların göndərilməsində problemlərin olduğunu bildirirlər.

Qeyd edək ki, Roskomnadzor ölkədə “Telegram”ın məhdudlaşdırılmasına başlayıb. Qurum bunu messencerin Rusiya qanunlarına əməl etmədiyi ilə izah edib.

"Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV

"Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV

Texnologiya
19 sentyabr 2026 3732 baxış
Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Texnologiya
17 sentyabr 2026 3732 baxış
Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Texnologiya
17 sentyabr 2026 3732 baxış
Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya
15 sentyabr 2026 3732 baxış
Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Texnologiya
14 sentyabr 2026 3732 baxış
Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Texnologiya
13 sentyabr 2026 3732 baxış
"Tesla" yeni avtomobilini nümayiş etdirib

"Tesla" yeni avtomobilini nümayiş etdirib

Texnologiya
13 sentyabr 2026 3732 baxış
“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

Texnologiya
12 sentyabr 2026 3732 baxış
Media məzmununun süni intellekt üçün istifadəsi mübahisə yaradır

Media məzmununun süni intellekt üçün istifadəsi mübahisə yaradır

Texnologiya
12 sentyabr 2026 3732 baxış
ABŞ-də işaxtaranlarla müsahibə onlara həvalə olunacaq

ABŞ-də işaxtaranlarla müsahibə onlara həvalə olunacaq

Texnologiya
11 sentyabr 2026 3732 baxış
Seçilmişlər
icon