Pleyeri seçin:

Kişinin 4 övladının anasını qətlə yetirməsinin detalları | Bakıda tükürpərdən cinayət

28 dekabr 2024 436 baxış

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şərti adı Adil Əliyev olan şəxsin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İstintaqla müəyyən edilib ki, Adil Əliyev davamlı olaraq yaranan ailə münaqişələri zəminində arvadı, şərti adı Nərminə Əliyeva olan qadını öldürmək qərarına gəlib. Buna səbəb isə aralarında yaranan söz-söhbət olub.

Adil Əliyev bildirib ki, Nərminə Əliyeva ilə 1992-ci ildə ailə həyatı qurub. Onların nikahdan 4 övladları dünyaya gəlib. Ailə həyatı qurduqları ilk vaxtlar normal münasibətləri olsa da, təxminən 3 ildən sonra aralarında narazılıq yaranıb. Arvadı evdə ciddi səbəb olmadan mübahisə, söz-söhbət yaradıb, o isə övladlarına görə hər şeyə göz yumub. Axırıncı dəfə mübahisələri şərti adı Dəniz olan qızlarının boşanması ilə bağlı olub. Adil Əliyev qızının ailəsinin dağılmasında həyat yoldaşını günahkar bilib. Məhz bu səbəbdən onu öldürmək qərarına gəlib.

O, niyyətini həyata keçirmək üçün 2024-cü il yanvarın 11-də saat 19:00 radələrində yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsindəki evinə gəlib. Onların arasında növbəti dəfə mübahisə yaranıb. Bu zaman Adil Əliyev cibindən bıçağı çıxararaq həyat yoldaşına ardıcıl zərbələr endirməyə başlayıb.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs Nərminə Əliyevanın boynundan, çiynindən, kürəyindən, döş qəfəsindən, qulaq arxasından, sol bazu nahiyəsinə ümumilikdə altı xəsarət yetirərək onu öldürüb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nərminə Əliyevanın ölümünə boyun arteriyasının kəsilməsi ilə müşayiət olunan kəskin xarici qanitirmə səbəb olub.

Adil Əliyeva qarşı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Adil Əliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 436 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 436 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 436 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 436 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 436 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 436 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 436 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 436 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 436 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 436 baxış
Seçilmişlər
icon