Kürdəmirdə 3 maşın bir-birinə girdi | Ölən və yaralananlar
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki,“Mercedes” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə ağır bədən xəsarətləri alıb.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes”in sürücüsü İmişli rayonu, Telişli kənd sakini, 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində dünyasını dəyişib. Avtomobildəki sərnişin, 58 yaşlı Arifə Manafova isə ağır bədən xəsarətləri alıb. Həmçinin digər “Mercedes”də olan 66 yaşlı Anya Tağıyeva da yaralanıb.
Həyatını itirən Əliəşrəf Mövsümovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Hazırda fakt araşdırılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
