Mağazalardan və evdən oğurluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzun Əyyublu kəndi və Qovlar şəhərində mağaza və evdən oğurluq edilib.
Ayaz Qasımov bu ilin iyun ayında Əyyublu kəndində mağzalardan birini qarət etdiyi üçün saxlanılıb. Yerli məhkəmənin qərarı ilə ona şərti cəza verilib. Əməlindən nəticə çıxarmayan Ayaz Qasımov cəzası başa çatmamış yenə də eyni əməli təkrarlayıb. Belə ki, o, Qovlar şəhərində fərdi yaşayış evindən qızıl-zinət əşyalarını oğurlayıb.
Tovuz polisinə daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayətin üstü isti izlərlə açılıb. Qonşusunun evindən oğurluq edən Ayaz Qasımov ifadəsində əməlini etiraf edib. O, oğurladığı qızılları müxtəlif ünvanlarda ayrı-ayrı şəxslərə satdığını deyib.
Artıq Ayaz Qasımovun oğurladığı qızıl-zinət əşyalarından biri tapılaraq istintaqa maddi sübit kimi təhvil verilib. Günahı sübuta yetirilərsə, o, azadlıqdan məhrumetmə cəzası alacaq.
