Pleyeri seçin:

Manyak ər əvvəl arvadına, sonra qayınanasına elə şeylər etdi ki... | SONUNCU ŞAHİD

16 avqust 2024 417 baxış

Qadın psixoloji sıxıntı yaşadığı üçün ona hücum edən həyat yoldaşını güldanla öldürüb.

Belə ki, Əhməd və Rahilə (adlar şərtidir) ortaq dostları vasitəsilə bir məclisdə tanış olaraq ailə qurmuşdular. Əhməd dizayn şirkətlərindən birində işləyirdi, Rahilə isə özünə uyğun iş tapmadığı üçün evdar qadın həyatı yaşamağa razılaşmışdı.

Əsasən axşamlar psixoloji sıxıntı yaşayan Əhməd hər mübahisədən sonra başını Rahilənin çiyninə qoyaraq sakitləşirdi. Beləliklə, hər şey gecə bitirdi. Səhər isə Rahilə heç nə olmamış kimi davranırdı və Əhmədi işə yola salırdı. Təklikdə isə bu iztirablara nə üçün dözdüyünü bilmirdi, amma Əhməddən də ayrılmaq istəmirdi.

Əhməd tez-tez iş yerini dəyişirdi. Hətta bir dəfə Rahiləyə bəzən işlədiyi şirkətdə hər kəsi öldürmək istədiyini deyirdi.

Həmin gün Rahilə anası Nübara zəng edib vəziyyəti izah edir. Ona Əhməddən bezdiyini, həyatının təhlükədə olduğunu hiss etdiyini və tək qalmaqdan qorxduğunu bildirir.

Nübar elə həmin gün qızının evinə gəlir və ona hər şeyi həll edəcəyini deyir. Beləliklə, həmin günün axşamı Nübar qızının evində qalır.

Əhməd işdən evə qayıtdıqdan sonra özünü Rahiləyə yaxşı həyat yoldaşı kimi göstərir və Nübarın yanında heç bir əsəbilik nümayiş etdirmir. Buna baxmayaraq, Rahiləyə işarə edir ki, anası onlarda qala bilməz.

Növbəti gün Əhməd Rahiləni şəhərə görüşə dəvət edir. Onlar birlikdə restoranların birinə axşam yeməyinə gedirlər.

Restoranda masa arxasında əyləşərkən Əhməd Rahilənin əlindən tutub bütün əməllərinə və pis rəftarına görə ondan üzr istəyir. Sonra isə Rahiləyə olan hisslərinin heç vaxt dəyişmədiyini, ailə həyatının onun üçün vacib olduğunu deyir.

Axşam saatlarında Rahilə və Əhməd sərxoş halda evə gəlirlər. Əhməd Rahilə ilə əvvəlcə xoş rəftar edir, sonra isə onu divara sıxaraq döyməyə başlayır. Səs-küyə Nübar gəlir və qızını Əhmədin əlindən xilas etməyə çalışır.

Əhməd Nübarı boğanda Rahilə buna dözməyərək evdəki güldanla onun başına ard-arda zərbələr endirir. Əhməd aldığı zərbələrdən yerə yıxılır. Nübar onun hələ də ölmədiyini düşünərək qızına təcili yardıma zəng etməli olduqlarını deyir. Lakin gec idi, Əhməd artıq həyatını itirmişdi.

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 417 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 417 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 417 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 417 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 417 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 417 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 417 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 417 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 417 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 417 baxış
Seçilmişlər
icon