Masallıda itlər 3 nəfəri parçaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 24-də Masallı rayonunun Viləş kəndi ərazisində 47 yaşlı Ceyhun Fərəcov örüş sahəsinə qoyun otarmağa gedərkən iki sahibsiz itin hücumuna məruz qalıb. Nəticədə o, aldığı müxtəlif xəsarətlərdən dünyasını dəyişib.
Sahibsiz itlər sonradan Ceyhuna köməyə gedən Musa Kazımova hücum ediblər. Bu zaman Musa tanışı Elməddinə zəng edib və itlərin hücumuna məruz qaldığını bildirib.
Sükan arxasında olan Elməddin avtomobilini deyilən istiqamətə sürüb və əlində olan kiçik bıçaqla özünü Musaya çatdırıb. İtlər Elməddin Məmmədovun da bədəninin müxtəlif nahiyələrindən dişləyib.
Hər iki yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, hər iki şəxsə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə ilə bağlı müvafiq tibbi ekspertizalar təyin edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalar aparılır.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
