Pleyeri seçin:

Masallıda müharibə iştirakçısını qətlə yetirdilər: iki nəfər şübhəli saxlanıldı

19 sentyabr 2023 441 baxış

Masallıda qətl hadisəsi baş verib. Rayon sakini 25 yaşlı Elməddin Kərimov aldığı bıçaq zərbəsindən hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatına gəlincə, qətlə yetirilən 25 yaşlı Elməddin Kərimovla Masallı rayon Viləş kənd sakini 25 yaşlı Fuad Əsgərov arasında mübahisə yaranıb. Bu zaman Fuad Əsgərov dostu, Qızılağac kənd sakini 23 yaşlı Höccət Sultanova zəng edib. Onlar rayonun Olimpiya kompleksi deyilən ərazidə görüşüblər. Bu zaman Höccət Sultanov özü ilə gətirdiyi bıçaqla Elməddin Kərimovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq, Elməddin Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən həyatını itirib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Qətli törətməkdə şübhəli bilinən Fuad Əsgərov və Höccət Sultanov saxlanılaraq istintaqa cəlb olunublar.

Qeyd edək ki, qətlə yetirilən Elməddin Kərimov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Banner
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 441 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 441 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 441 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 441 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 441 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 441 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 441 baxış
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 441 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 441 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon