Masallıda qətl hadisəsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 7-də səhər saatlarında Masallının Təzə Alvadı kəndində qətl törədilib.
Kənd sakini 48 yaşlı Sədaqət Səfərova çoxsaylı bıçaq xəsarətləri nəticəsində dünyasını dəyişib. Daxil olan məlumat əsasında rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub.
Müəyyən edilib ki, Sədaqət Səfərova həyat yoldaşı 59 yaşlı Gülağa Bəndəliyev tərəfindən qətlə yetirilib. Qətli törədən Gülağa daha sonra özünə də xəsarətlər yetirdiyindən Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Qeyd edək ki, dünyasını dəyişən S.Səfərova kənddəki marketlərin birində çalışırdı. Qətl də həmin marketin qarşısında, qadın işə gedən zaman baş verib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
