Masallıda sexi alov bürüdü | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı şəhəri, İntiqam Əsgərli küçəsində yerləşən sexdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 420 kvadratmetr olan plastik qapı-pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin içərisində plastik materiallar 20 kvadratmetr sahədə və lambirindən ibarət tavanı 20 kvadratmetr sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
