Masallıdakı dəhşətli qətllə bağlı cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda ər arvadını öldürüb. Hadisə Təklə kəndində qeydə alınıb.
47 yaşlı Yalçın Məmmədov həyat yoldaşı 44 yaşlı İlkanə Məmmədovaya bıçaqla xəsarət yetirərək qətlə yetirib. Qətlin ər və arvad arasında yaranmış mübahisə zəminində baş verdiyi bildirilir.
Yalçın Məmmədov həyat yoldaşını öldürdükdən sonra özünə də xəsarət yetirib. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkanə Məmmədovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbi məlum olacaq.
Qeyd edək ki, mərhum doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində dəfn olunacaq. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
