Pleyeri seçin:
Masazırda qorxulu anlar | FHN-in mütəxəssisləri hadisə yerində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masazır qəsəbəsində yaşayış massivində hərbi sursatların tapılması sakinlərdə ciddi narahatlıq yaradıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb olunub. Baxış zamanı ərazidə döyüş tətbiqinə yararlı 13 ədəd "F-1" əl qumbarası, 12 ədəd partladıcı və müxtəlif çaplı (7.62 mm və 5.45 mm-lik) onlarla mərmi aşkar edilib. Mütəxəssislər sursatları zərərsizləşdirmək üçün ərazidən götürüblər. Əlavə axtarışlar zamanı başqa təhlükəli əşya tapılmayıb və ərazinin təhlükəsizliyi təmin edilib.
Kopyalandı
#Masazır teqi istifadə olunub
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
