Pleyeri seçin:

Maştağada arvadını və qayınatasını qətlə yetirmək istəyən şəxsə hökm oxundu

14 noyabr 2023 375 baxış

Ər arvadını və qayınatasını öldürməyə cəhd edib. Hadisə 2022-ci ilin iyununda Maştağa qəsəbəsi, Axund Mirzə Əbdülkərim küçəsi, döngə 6, ev 2 ünvanında baş verib.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanan ilkin materiallar Rayon Prokurorluğuna göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilən 46 yaşlı Abbas Mirzəyev bildirib ki, 2003-cü ilin fevral ayında bibisi qızı Nigar Mirzəyeva ilə evlənib. Aralarında ailə-məişət mübahisələri düşdüyündən həyat yoldaşı tez-tez valideynlərinin evinə gedərək aylarla orda qalıb. O da hər dəfə hər şeyin qaydasına düşəcəyini söz verərək ondan evə qayıtmasını xahiş edib. 2022-ci il iyunun 23-də növbəti mübahisə zamanı Nigar boşanmaq istədiyini bildirərək yenidən valideynlərinin evinə gedib.

Abbas Mirzəyev iyunun 29-u saat 15 radələrində yaşadığı Yasamal rayonu, Nərimanov küçəsi, ev 13-dən mətbəx bıçağını götürərək arvadını evə qaytarmaq üçün Maştağaya yollanıb. Amma arvadı artıq onunla yaşamaq istəmədiyini, boşanmaq istədiyini deyib. Abbas Mirzəyev eşitdiklərindən qəzəblənərək üzərindəki mətbəx bıçağı ilə arvadının boğazına və bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi endirib. Qadının qışqırıq səsinə gələn anası Sevda Seyidova, atalığı Vaqif Seyidov və qardaşı Orxan Məmmədov ona mane olmağa çalışıblar. Qarşıdurma zamanı Vaqif Seyidov boyun, sol və sağ əllərindən bıçaq xəsarətləri alıb. Müdaxilə nəticəsində Orxan Məmmədov Abbas Mirzəyevin əlindən bıçağı alıb.

Yaranmış səs-küydən və polis əməkdaşlarının gəlməsindən qorxaraq o, hadisə yerindən qaçıb. Zərərçəkmişlərə ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas edilib. Həyat yoldaşına və qayınatasına bıçaqla xəsarətlər yetirən Abbas Mirzəyev 26-cı polis bölməsinə gedərək könüllü təslim olub.

Məhkəmə iclasında Abbas Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 375 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 375 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 375 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 375 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 375 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 375 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 375 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 375 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 375 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 375 baxış
Seçilmişlər
icon