Pleyeri seçin:
Maştağada dəhşətli qətl | Hadisənin detalları barədə təcili açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 28-də saat 19:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Kopyalandı
#Maştağa teqi istifadə olunub
- Maştağada güclü yağış vətəndaşın evinin divarını uçurdu - Baku TV
- Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb
- "Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV
- Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI
- Maştağada 2 nəfər neft kəmərindən oğurluğa cəhd etdi | Yanğın oldu - Baku TV
