Məhkəmə dələduzluq edən iş adamı ilə bağlı qərar verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurmaqda ittiham olunan Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunaraq Ramin Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.
İstintaq materiallarına əsasən, Ramin Quliyev Qarabağ bölgəsində tikinti materiallarının satışı ilə məşğul olmaq adı altında tanışı, paytaxt sakini Aynurə Vəliyevanı aldadıb. O, zərərçəkəndən müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 110 min manat alaraq həmin vəsaiti mənimsəyib.
Təqsirləndirilən şəxsin qurbanlarından biri də Aybəniz Abdullayevadır. İttiham aktında göstərilir ki, Ramin Quliyev eyni ssenari üzrə, yəni Qarabağda tikinti materiallarının alqı-satqısından gəlir əldə etmək bəhanəsi ilə onun 76 min manat pulunu mənimsəyib.
Ramin Quliyevin əməllərindən zərər görən digər şəxs isə Bakı sakini Vüqar Qasımovdur. Ramin Quliyev onun 15 min manat vəsaitini ələ keçirib.
#Dələduzluq teqi istifadə olunub
- “Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI
- Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV
- Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI
