Məsciddə qətl törədən şəxs məhkəmədə danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Prosesdə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Elvin Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib.
O, hadisəni təhqir olunduğu üçün törətdiyini vurğulayıb: "Mən cinayəti törədəndə mərhum yatmış vəziyyətdə olmayıb. Hadisədən bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm, onların arasında Nadir Səfərov da olub. Məni qeyrətsiz adlandırıblar".
Daha sonra o, iyulun 26-da Nadiri tapmaq məqsədilə məscidə getdiyini, bıçağı da məsciddəki otaqlardan birindən götürdüyünü deyib:
"Namaz otağında Nadiri yatmış vəziyyətdə gördüm və oyadaraq ayağa qalxmasını tələb etdim. Başımda problem olduğundan özümdə deyildim. Bundan sonra əlbəyaxa olduq. Təxminən 10 zərbə endirmişəm. Amma istintaqda mənə dedilər ki, 30-dan çox xəsarət yetirmisən".
Növbəti proses fevralın 12-nə təyin edilib.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
