Məşhur tiktoker İlhamə ittihamları qəbul etmədi | Məhkəmədə nələr yaşandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəmisinin hakimi Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən polis əməkdaşları ifadə veriblər. Onlar İlhamə Əskərovanın mənzilində narkotik maddənin aşkar olunduğunu bildiriblər və buna görə də videoçəkiliş aparılaraq istintaqa təhvil verildiyini deyiblər.
Təqsirləndirilən mənzildə axtarış zamanı anasının da orada olduğunu desə də, əməliyyatçılar bunu təkzib ediblər.
Bununla yanaşı, ona məxsus mənzildən 200 AZN-in yoxa çıxmasını iddia edən təqsirləndirilən bunun axtarış zamanı baş verdiyini deyib. İfadə verən polis əməkdaşları isə bunu onlara atılan iftira kimi qiymətləndiriblər.
İfadə verən digər əməliyyatçı narkotik maddənin təqsirləndirilən şəxsin mənzilində olan paltar dolabındakı əl çantasının içində aşkar olunduğunu deyib.
Təqsirləndirilən xanım ifadəsi zamanı məhkəmədən bir daha xahiş edərək barəsində açılmış cinayət işinin məhkəmədə obyektiv araşdırılmasını istəyib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
