Mikrorayondakı yanğınla bağlı son vəziyyət: 6 nəfər xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq əməkdaşları cəlb edilib.
DİN-dən bildirilib ki, obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, yanğının baş verdiyi əraziyə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (bir qadın, beş kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, bir nəfər Yanıq Mərkəzinə təxliyə olunub. Bir nəfərə isə yerində yardım göstərilib.
Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilir.
#Yanğın teqi istifadə olunub
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
- Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI
- Qaydaları pozan gəmilər cəzalandırılır
- Qusarda ev yandı | 83 yaşlı qadın dünyasını dəyişdi - Baku TV
