Milli dəyərləri təhqir edən saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda narkokuryerlik etdiyini deyən və milli mənəvi dəyərlərimizi təhqir edərək bununla bağlı sosial şəbəkələrdə video görüntülər paylaşan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs görüntülərdə narkokuryerliklə bağlı göstərişi İranda yaşayan “Məhəmməd” adlı şəxsdən aldığını bildirib.
Məlum olub ki, o, əvvəllər məhkum olunmuş Şükür Mirzəyevdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həmin şəxsi Abşeron rayonu ərazisində yaxalayıb. Onun üzərinə baxış zamanı satış məqsədilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Ş.Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
#Narkotik ticarəti teqi istifadə olunub
- Meksikada cinayətkarlar daha dağıdıcı üsullara əl atır
- Keçmiş “Vaqner”çilərlə bağlı sensasiya | Yeni dəstəyə kim rəhbərlik edir? - Baku TV
- Pul, güc, yoxsa nüfuz savaşı?
- Madurodan narkotik ticarəti barədə açıqlama | Venesula elə bir yerdir ki...
- Meksikanın narkotik kartellərindəki uşaqlar elə şeylər danışdı ki...
