Narkokuryerlərin planı necə pozuldu? - Bakıda böyük narkotik əməliyyatı
Bakının Xətai rayonunda narkokuryerlik edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
#Xətai rayonu teqi istifadə olunub
- Abadlıq gözləntisi var, amma qarşıdakı maneə hələ də yerindədir - Baku TV
- NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV
- "Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV
- Xətai rayonunda yerləşən məktəbdə nələr baş verir? - 24 SAAT
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
