Narkoşəbəkə üzvləri belə ələ keçdi | BNMİ əməkdaşlarından narkotik əməliyyatı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxil olan məxfi məlumat əsasında Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunan üç şəxs ‒ 39 yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov tutulublar.
Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ifadəsində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
#Narkotik əməliyyatı teqi istifadə olunub
- Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
- Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI
- Polis cinayətkar şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat keçirib, yüzlərlə şəxs tutulub
- DİN-dən eyni anda 4 rayonda əməliyyat - Baku TV CANLI
