Narkotik qaçaqmalçıları iş başında tutuldu | "Bakı planı" necə ifşa olundu?
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotiklə dolu avtomobili evakuatorun üzərində paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 38 yaşlı Ruslan Novruzov saxlanılıb. Ona məxsus avtomobilin yük yerinə baxış zamanı 60 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən olunub ki, Ruslan Novruzov yük yerində külli miqdarda narkotik vasitə olan avtomobilini diqqət çəkməmək məqsədilə paytaxt ərazisinə evakuator xidməti göstərən nəqliyyat vasitəsinin üzərində çatdırmağı planlaşdırıb.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və dövriyyəsində həmin şəxslə əlbir olan Ramil Fərziyev, Pərviz Miranov və qohumu Höccət Miranov da yaxalanıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
#Narkotik əməliyyatı teqi istifadə olunub
- Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
- Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI
- Polis cinayətkar şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat keçirib, yüzlərlə şəxs tutulub
- DİN-dən eyni anda 4 rayonda əməliyyat - Baku TV CANLI
