Narkotiki görün harada gizlədiblər | Keşlədə ata-oğulun dəhşətli əməlləri üzə çıxdı
Narkotik maddələr satan ata və oğlu ifşa ediliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onlar narkotikləri soyuducuda saxlayıblar.
Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.
Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.
Onlar Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
#Nizami rayonu teqi istifadə olunub
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
- "Abadlaşdırırıq" dedilər, hamısı yoxa çıxdı" | 5 binanın həyəti söküldü, sonra isə... - Baku TV
