Pleyeri seçin:
Bakıda dəhşətli qəzanın baş verdiyi an | Avtomobil körpüdən yola aşdı - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində hərəkətdə olan “BMW” markalı, 10-HH-919 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq körpünün üzərindən köməkçi yola aşıb.
Qeyd edək ki, hadisə nəticəsində sürücü Vüsal Nəsirli yüngül xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən Günəşli qəsəbəsi istiqamətində güclü nəqliyyat sıxlığı yaranıb.
Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görülüb.
Kopyalandı
#Nizami rayonu teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
