Pleyeri seçin:

"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

25 avqust 2026 266 baxış

Paytaxtın Nizami rayonu, Nəsimi küçəsi, 7 ünvanında yaşayan sakinlərlə "Orbita" MTK arasında ziddiyyət yaranıb. Sakinlərin bildirdiyinə görə, şirkət onları yaşadıqları mənzillərdən çıxararaq ərazidə yeni çoxmərtəbəli bina inşa etmək niyyətindədir. Tərəflər arasında ortaq məxrəc əldə olunmadığı üçün məsələyə Nizami Rayon Məhkəməsində baxılıb və qərar "Orbita" MTK-nın xeyrinə çıxarılıb.

MTK söküntü və tikinti işləri davam etdiyi müddətdə sakinlərə müvəqqəti məskunlaşmaları üçün aylıq 600 manat kirayə haqqı ödəməyi təklif edib. Lakin sakinlər bu qərardan narazıdırlar.

Şikayətçilərdən biri məsələyə belə münasibət bildirib:

"Çıxarışlı mülkiyyətim ola-ola şirkətin məni məhkəməyə verməsi və mülkiyyət hüququmun qüvvədən düşərək hansısa MTK-ya həvalə edilməsi qəbuledilməzdir. Mənə məcburi şəkildə harada və neçənci mərtəbədə yaşayacağımı diktə edirlər. İndiyədək belə bir şey görünməyib".

"Orbita" MTK-nın əməkdaşı Fazil Bağıyev isə iddialara cavab olaraq bildirib:

"Sakinin 42 kvadratmetrlik ikiotaqlı mənzilinə qarşı biz ona yeni binada 73,5–74 kvadratmetrlik ikiotaqlı mənzil təklif edirik. Lakin bununla razılaşmırlar".

Sakinlərin mərtəbə seçimi ilə bağlı narazılıqlarına toxunan şirkət nümayəndəsi əlavə edib ki, bu məsələ danışıqlar yolu ilə həll oluna bilər:

"Mənzil dəyişdirilməsi mümkündür, sadəcə, sakinlər dialoqa gəlmirlər".

Banner
Yola çıxmazdan əvvəl marşrutunuzu yenidən nəzərdən keçirin - Baku TV CANLI

Yola çıxmazdan əvvəl marşrutunuzu yenidən nəzərdən keçirin - Baku TV CANLI

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
“Oyuncaqlarda bu əlamətlər varsa...” | Valideynlər bilmədən övladlarını necə riskə atır? - Baku TV

“Oyuncaqlarda bu əlamətlər varsa...” | Valideynlər bilmədən övladlarını necə riskə atır? - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
“Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV

“Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
Novxanı sakini 80 illik ömründə nədən peşmandır? - “Evlənəndə qızıma dedim ki...” - O VAXTLAR

Novxanı sakini 80 illik ömründə nədən peşmandır? - “Evlənəndə qızıma dedim ki...” - O VAXTLAR

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
Pulsuz yayım izləməyin təhlükəsi | Bu təkliflərə aldanmağın sonu nə ola bilər? - Baku TV

Pulsuz yayım izləməyin təhlükəsi | Bu təkliflərə aldanmağın sonu nə ola bilər? - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
Valideynlər oyuncaq seçərkən hansı işarələri yoxlamalıdırlar? - ANA XƏBƏR

Valideynlər oyuncaq seçərkən hansı işarələri yoxlamalıdırlar? - ANA XƏBƏR

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
Müəllimlərə geyim məhdudiyyəti: Bu qaydalar təhsildə nəyi dəyişəcək? - AKTUAL GÜNDƏM

Müəllimlərə geyim məhdudiyyəti: Bu qaydalar təhsildə nəyi dəyişəcək? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
"Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV

"Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
Buzovna sakinlərinin günü niyə qara olub? - “Üstümə böyük itlər gəlir, o qədər olub ki...” - Baku TV

Buzovna sakinlərinin günü niyə qara olub? - “Üstümə böyük itlər gəlir, o qədər olub ki...” - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
"Yanvarda verəcəklər" | Tələbələrdən tələbə bileti üçün pul yığılır? | Kollecdən açıqlama - Baku TV

"Yanvarda verəcəklər" | Tələbələrdən tələbə bileti üçün pul yığılır? | Kollecdən açıqlama - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 266 baxış
Seçilmişlər
icon