Pleyeri seçin:
"Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən binanın sakinləri kanalizasiya problemindən şikayət edirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, problem uzun illərdir davam edir. Kanalizasiya suları binanın zirzəmisinə yığılır, nəticədə ərazidə antisanitar vəziyyət və kəskin qoxu yaranır.
“Məsələ ilə bağlı getmədiyim yer, müraciət etmədiyim qurum qalmayıb. Aidiyyəti qurumların əməkdaşları gəlib zirzəmidəki suyu çəkirlər, amma problem kökündən həll olunmur. Bir müddət sonra kanalizasiya suları yenidən yığılır və əraziyə üfunət yayılır. Bu problemin birdəfəlik həll olunmasını istəyirik”, – deyə sakinlərdən biri bildirib.
Kopyalandı
#Nizami rayonu teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
