Pleyeri seçin:

"Abadlaşdırırıq" dedilər, hamısı yoxa çıxdı" | 5 binanın həyəti söküldü, sonra isə... - Baku TV

14 avqust 2026 240 baxış

Baku TV-yə daxil olan şikayət əsasında məlum olub ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən beş binanın həyəti abadlaşdırılmaq məqsədilə sökülüb. Lakin işlər yarımçıq saxlanılıb.

Sakinlərin sözlərinə görə, yay aylarında həyətə yayılan toz-torpaq, qışda isə yaranan palçıq səbəbindən ərazidə hərəkət etmək çətinləşir. Uşaqların oynaması üçün meydançanın olmaması da narazılığı artırır.

Onlar bildirirlər ki, həyətin bu vəziyyətdə olması həm də təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.

“Şikayətim məhlədəndir. Məhləyə üç aydır ki, heç yaxın durmurlar. Heç nə etmirlər. Bloklar da bərbad vəziyyətdədir. Bütün toz-torpaq evimizin içindədir. Kondisionerlərin üstünə də toz yığılır. Oturmağa yer tapa bilmirik, ayaq üstə qalmışıq”, – sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edib ki, binanın arxasında da eyni vəziyyət hökm sürür:

“Burada gördüyünüz mənzərənin eynisi bu binanın arxasındadır. Böyük bir sahədə eyni iş görülüb. İki aydır yarımçıq qoyulub. Əvvəllər burada üç söhbətgah var idi. Hamısını sökdülər. Dedilər ki, abadlıq işləri aparılacaq. Bütün binanın bloklarında da işlər yarımçıq qalıb. Tikinti materiallarını binanın arxasına yığdılar, sonra isə hamısı yoxa çıxdı”.

Süni intellekt və gələcəyin texnologiyaları | "ADEX 2026"da yeni dronlar nümayiş olunur - Baku TV

Süni intellekt və gələcəyin texnologiyaları | "ADEX 2026"da yeni dronlar nümayiş olunur - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
Rəqəmsal dövrün yeni təhlükəsi: milli dəyərlər qlobal təzyiq altında - Baku TV CANLI

Rəqəmsal dövrün yeni təhlükəsi: milli dəyərlər qlobal təzyiq altında - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
Bakıda ilboyu xizək və snoubord üzrə məşq imkanı yaradıldı - Baku TV

Bakıda ilboyu xizək və snoubord üzrə məşq imkanı yaradıldı - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
"Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV

"Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
“Yağış yağanda lap dəhşət olur” | Masazırda dəhşətli durum | “Qurum üçün çətindir ki...?!” - Baku TV

“Yağış yağanda lap dəhşət olur” | Masazırda dəhşətli durum | “Qurum üçün çətindir ki...?!” - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
İnformasiya müharibəsinin yeni silahı: "deepfake" və süni intellekt - AKTUAL GÜNDƏM

İnformasiya müharibəsinin yeni silahı: "deepfake" və süni intellekt - AKTUAL GÜNDƏM

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
Həkimlərdən “Sabah”ın baş məşqçisi barədə qeyri-etik paylaşım | "Onu məhkəməyə versə..." - Baku TV

Həkimlərdən “Sabah”ın baş məşqçisi barədə qeyri-etik paylaşım | "Onu məhkəməyə versə..." - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
Rəqs müəllimi kimi tanınan Nicat Azadlı barədə qalmaqallı iddia - Baku TV CANLI

Rəqs müəllimi kimi tanınan Nicat Azadlı barədə qalmaqallı iddia - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
“İnsan gözünü dörd açsın ki...” | Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Baku TV

“İnsan gözünü dörd açsın ki...” | Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Baku TV

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI

Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 oktyabr 2026 240 baxış
Seçilmişlər
icon