Pleyeri seçin:
Bakıda qorxulu anlar | Maşın körpüdən aşdı, köməkçi yola düşdü - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində hərəkətdə olan “BMW” markalı, 10-HH-919 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq körpünün üzərindən köməkçi yola aşıb.
Hadisə nəticəsində sürücü Vüsal Nəsirli yüngül xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən Günəşli qəsəbəsi istiqamətində güclü nəqliyyat sıxlığı yaranıb.
Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görülüb.
Kopyalandı
#Yol qəzası teqi istifadə olunub
- 184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI
- Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
