Naxçıvanda həbs edilən vəzifəli şəxs nədə ittiham olunur?
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib. Bu barədə "Report" informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə qurumun sabiq rəis Mirzə Cəlilov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb. O, xidmətin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
