Naxçıvanda ot tayası avtomobilin üzərində alovlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində “Qaz-53” markalı yük avtomobilindəki ot bağlamalarının yanması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 6035 kiloqram ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.
#Yanğın hadisəsi teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
- "Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
