Pleyeri seçin:
Naxçıvanda təhlükəli hadisə | Maşın yolunda qaya uçqunu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.
Bununla bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs məlumat yayıb.
Bildirilib ki, hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci kilometrlik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.
Kopyalandı
#Uçqun hadisəsi teqi istifadə olunub
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Hövsanda dağıntılar altında qalan bir nəfər xilas edilib
