Nə daşıdığı məlum olmayan gəmi Rumıniya sahillərində batır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisi Rumıniya sahillərində batma təhlükəsi ilə üzləşib.
Belə ki, Tanzaniya bayrağı altında üzən "AMANOS" yük gəmisi avqustun 27-də Rumıniyanın Manqaliya şəhəri yaxınlığında həyəcan siqnalı verib.
Gəminin ekipajı Sahil Mühafizəsinə gəminin burun hissəsinin zədələndiyini bildirib. Lakin xilasedicilər hadisə yerinə gəldikdə "AMANOS"un kapitanı onları gəmiyə buraxmayıb və ekipajın dəymiş ziyanı özlərinin aradan qaldıracağını bildirib. Daha sonra gəmi Bolqarıstan suları istiqamətində üzməyə başlayıb.
Bəzi məlumatlara görə, ekipaj üzvləri arasında 2 Türkiyə vətəndaşı da var. Gəminin hansı yükü daşıdığı məlum deyil.
Məlumata görə, "AMANOS" avqustun 14-də Ukraynanın Odessa vilayətindəki İzmail limanını tərk edib.
#Rumıniya teqi istifadə olunub
- Rusiya dronları Rumıniyanı hədəf aldı? - Baku TV CANLI
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
- Rumıniya sahilləri yaxınlığında azərbaycanlı dənizçi həyatını itirdi - Baku TV
- Taxıl daşıyan mülki gəmi neytral sularda hədəfə çevrildi - 24 SAAT
- COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI
