Pleyeri seçin:
"Neapol" dairəsində qəza - 1 yaralı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə “Neapol” dairəsi adlanan ərazidə qeydə alınıb.
10 NE 225 dövlət qeydiyyat nişanlı "Niva" markalı minik avtomobili yolu keçmək istəyən piyada 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Alın nahiyəsindən xəsarət alan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla balı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Kopyalandı
