Pleyeri seçin:
Neftçalada dəhşətli hadisə | Gənc oğlan Kürdə batdı
Neftçalada gənc oğlan Kür çayında batıb.
Hadisə iyunun 24-də günorta saatlarında Kürün Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Batan şəxs qəsəbə sakini 25 yaşlı Rəhim Babayevdir.
Yaxınlarının dediyinə görə, idmanla məşğul olan Rəhim tez-tez Kür çayında üzməyə gedib. Hətta o, uzaq məsafələrə üzməklə də qəsəbə sakinləri arasında seçilib. Elə onun atası Qurban Babayev də oğlunun Kürdə bata biləcəyini heç vaxt güman etmədiyini deyir.
Paltarları sahildə qalan Rəhim telefonunu evdə qoyub gedib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Saatlarla davam edən axtarış işləri gecə saatlarında dayandırılıb.
Kopyalandı
#Kür çayı teqi istifadə olunub
- Çimərlikdə faciə | 21 yaşlı Təhməzin dəhşətli ölümü ilə bağlı təcili məlumat - Baku TV CANLI
- Mingəçevirdə çimərlikdə faciə | 21 yaşlı gənc həyatını itirdi - Baku TV
- Kür daşdı, örüş sahələri su altında qaldı
- Sabirabad rayonunda Kür çayı bəndi yardı - Baku TV
- Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə ciddi fəsadlar törətdi - Baku TV
