Pleyeri seçin:

Nərimanovda dəhşətli cinayətin detalları | Qatilə hökm oxundu

14 iyul 2024 507 baxış

Nərimanov rayonu ərazisində avtoyuma məntəqəsinin işçisi marketdə satıcı işləyən şəxsi 2 manata görə qətlə yetirib.

Hadisə Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketin qarşısında baş verib.

Belə ki, 2023-cü il avqustun 22-də Nərimanov rayon prokurorluğuna Samir Məhərrəmovun qətlə yetirilməsi barədə məlumat daxil olub.

İstintaqla müəyyən edilib ki, Fariz Şahniyarov Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketdən aldığı spirtli içkiləri elə mağazanın qarşısında içib. Satıcı Samir Məhərrəmov borclu qaldığı 2 manatı nə vaxt verəcəyini soruşanda ona pulu günorta çatdıracağını deyib və işlədiyi avtoyuma məntəqəsinə gedib.

Üzərində olan mobil telefonu itirdiyini düşünən Fariz Şahniyarov bir neçə dəqiqədən sonra yenidən marketə qayıdıb. Telefonunu görüb-görmədiyini soruşduqda satıcı ona borcunu ödədikdən sonra telefonu verəcəyini bildirib.

Bu sözündən əsəbiləşən Fariz Şahniyarov cibindən bıçağı çıxarıb və onunla üzbəüz dayanan satıcı Samir Məhərrəmova zərbə endirib. Sonra oradan uzaqlaşaraq məhləyə gəlib və paltarlarını götürüb. Bıçağı birmərtəbəli obyektin damına atıb. Avtobusla avtovağzala, oradan isə Ağstafa rayonuna yollanıb.

Rayona çatdıqdan bir neçə saat sonra evdə polis əməkdaşları tərəfindən saxlanılıb və şöbədə Bakıda adam bıçaqladığını etiraf edib.

Hadisə şahidi Ülfət Məmmədov bildirib ki, rayondan Bakıya gələrək dostu ilə taksi fəaliyyəti ilə məşğul olub. Kirayə ev axtarsalar da tapa bilməyiblər. Avqustun 22-də “Ulduz” metrosunun yaxınlığında yerləşən marketin qarşısında maşını saxlayaraq yatıblar. Saat 06:00 radələrində mağazanın satıcısı Samir Məhərrəmov avtomobilin şüşəsini döyərək bıçaqlandığını və onu xəstəxanaya aparmasını xahiş edib.

Samir maşına oturan kimi qısa müddət ərzində salon qanla dolub. Yaralanan şəxsi bir neçə özəl klinikaya aparsa da, onu qəbul etməyiblər. 5 saylı xəstəxanaya çatanda həkimlər Samirin öldüyünü bildiriblər.

Məhkəmə hesab edib ki, Fariz Şahniyarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fariz Şahniyarov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 507 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 507 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 507 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 507 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 507 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 507 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 507 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 507 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 507 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 507 baxış
Seçilmişlər
icon