Nərimanovda qorxulu anlar | Polisdən qaçmaq istəyən narkoman sürücü küçəni bir-birinə qatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının sağlamlığı üçün real təhlükə yaradan, təhlükəli manevrlər edən, əvvəllər dəfələrlə məhkum olunmuş, narkotik vasitənin təsiri altında olan sürücü Şahin Abdullayev saxlanılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu ərazisində “Hyundai” markalı 77-HE-611 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə yol hərəkəti qaydasını pozduğu üçün Yol Patrul Xidməti tərəfindən “Saxla!” işarəsi verilsə də, sürücü buna məhəl qoymayaraq, hərəkətini davam etdirib:
“Sürücü Şahin Abdullayev saxlanılan zaman üzərində olan kəsici alətlə özünə xəsarət yetirməyə çalışsa da, DYP əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobildən narkotik vasitə də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
- Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR
