Pleyeri seçin:
Nərimanovda tanışların mübahisəsi qanla bitdi | Baş Prokurorluqdan açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 4-də paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.
Kopyalandı
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
