Novxanı-Binəqədi yolunda ağır qəza
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Novxanı-Binəqədi yolunun Mehdiabad qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “Tayota Prius” markalı avtomobil toqquşub. Ağır qəza zamanı “Toyota Prius”da olan Xumar Hüseynova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. “Mercedes” markalı avtomobildə olan Xədicə Allahverdiyeva isə ağır yaralanıb.
Hadisə yerinə polis və FHN-nin əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb edilib. Ölən şəxsin avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədini Fövqaladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
#Avtomobil qəzası teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Minik avtomobili iki yük maşınının arasında qaldı | Rusiyada bədbəxt hadisə - 24 SAAT
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bakıda avtomobil neft quyusuna düşdü
- Naxçıvanda dəhşətə gətirən ailə faciəsi yaşandı - Baku TV CANLI
