Pleyeri seçin:

Oğlu yatdığı vaxt başqa kişi ilə... | Namus üstündə qətl - SONUNCU ŞAHİD

14 mart 2025 470 baxış

Oğul kafe açılışında anasının dostunu və ofisiantı qətlə yetirib.

Belə ki, Cabbar (adlar şərtidir) anası Baharla əvvəl işlətdikləri kafedə problem yaşadıqları üçün yeni kafe icarəyə götürmüşdü. Hər şeyə sıfırdan başlamalı, işçi götürülməli və açılış planlaşdırılmalı idi.

Onlar ertəsi gün internetdə “ofisiant tələb olunur” elanı vermiş və kafedə işə düzəlmək üçün gələcək adamı gözləyirdilər.

Qarlı havada ofisiant işi üçün gələn Şaiq bir qədər utancaq halda kafeyə girir. Cabbar ona əvvəllər harada işləməsi barədə sual verir. Bahar isə oğluna məsələni uzatmadan Şaiqi işə qəbul etməsini deyir.

Beləliklə, az pul müqabilində də olsa, Şaiq həmin gün işə başlayır. Onlar əvvəlcə masaları yerbəyer edirlər. Sonra kafeni bəzəməyə başlayırlar. Şaiq işinə həvəslə yanaşır, özünü çalışqan göstərir.

Hazırlıqlar davam edərkən, bayırda Bahar Rafiq adlı adamla şəkil çəkdirir, xoş ab-havada özü üçün əylənirdi. Bunu görən Cabbar qəflətən əlindəki işi saxlayır və onlara yaxınlaşır. Rafiq onu görən kimi üz ifadəsini dəyişir, salamlaşır və “xeyirli olsun”a gəldiyini söyləyir.

Kafenin içinə göz gəzdirən Rafiq “hər şey əla olacaq, xeyirli olsun” deyir, sonra həm Cabbarı, həm Baharı qucaqlayıb öpür və “gələcəyəm” deyib kafedən gedir.

O, çıxan kimi Cabbar və anası arasında söz davası başlayır. Bahar Rafiqin ailə dostu olduğunu söyləyərək onun pis məqsədinin olmadığını müdafiə edir.

Cabbar daha sonra anasına ağır ifadələr işlədərək, əsəblərini sakitləşdirmək üçün oradan uzaqlaşır.

Axşam saatlarında kafedə yeyib-içmək mərasimi düzəlir. Masa arxasında Bahar, oğlu Cabbar və ofisiant Şaiq əyləşib, hər şeyi unudaraq kafenin açılışını qeyd edirlər.

Onlar yaxşı işlər görməyi planlaşdırıb, söhbət edərkən qəflətən kafeyə Rafiq daxil olur.

O, əlindəki spirtli içki şüşəsini qaldırıb, içmək lazımdır deyir və heç soruşmadan Şaiqin yerində əyləşir. Şaiq ayağa qalxır və ona qulluq etməyə başlayır. Cabbar anasına baxanda görür ki, Bahar vəziyyətdən razıdır.

Rafiq içki şüşəsindən Baharın qədəhinə süzür, sonra da Cabbara təklif edir. Cabbar əvvəl istəməsə də, ab-havaya görə məcbur olub içməyə başlayır.

İçkinin miqdarını qaçıran Rafiq kafenin bir küncündə Baharla yaxınlaşmağa çalışır. O isə bir qədər çəkinirmiş kimi görünsə də, etiraz etmir.

Cabbar ayılıb bu vəziyyəti görəndə əsəbiləşir və masadakı bıçaqla Rafiqə zərbələr endirərək onu qətlə yetirir. Onları ayırmağa çalışan Şaiq də bu insidentin qurbanı olur.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 470 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 470 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 470 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 470 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 470 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 470 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 470 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 470 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 470 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 470 baxış
Seçilmişlər
icon