Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda xəstəlikdən öldüyü deyilən 72 yaşlı qadının qətlə yetirildiyi məlum olub.
Hadisə rayonun İsmətli kəndində baş verib.
Kənd sakini Almaz Cəfərovanın ölümündən təxminən 40 gün sonra məlum olub ki, qadın gəlini 30 yaşlı Gülbəniz Həsənzadə və onun qardaşı 25 yaşlı Qasım Həsənov tərəfindən öldürülüb.
“Bu hadisə ilə bağlı şübhələrim var idi. Meyiti yuyanda boynunda, boğazında izlər görmüşdüm. Əl-qolunu bağlayaraq boğublarmış”, – deyə mərhumun qohumu Baku TV-yə açıqlamasında bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Almaz Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini və onun qardaşı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, mərhumun nəşi ekshumasiya üçün məzardan çıxarılıb. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma başlanılıb.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
