Pleyeri seçin:

Ölkəyə gətirilən terrorçular hər şeyi etiraf etdi | DTX-dən vcib məlumat

19 may 2025 614 baxış

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.

Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
06 avqust 2026 614 baxış
Sürücü yüngül xəsarət alıb

Sürücü yüngül xəsarət alıb

Hadisə
05 avqust 2026 614 baxış
Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Hadisə
05 avqust 2026 614 baxış
14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

Hadisə
05 avqust 2026 614 baxış
Qalmaqallı şirkətin rəhbəri nədə ittiham olunur? - Nigar Fərhad və anası dindirildi - Baku TV

Qalmaqallı şirkətin rəhbəri nədə ittiham olunur? - Nigar Fərhad və anası dindirildi - Baku TV

Hadisə
05 avqust 2026 614 baxış
Bu avtomobillər təhlükə saçır? - Liseyin qarşısında qorxulu anlar - Baku TV

Bu avtomobillər təhlükə saçır? - Liseyin qarşısında qorxulu anlar - Baku TV

Hadisə
05 avqust 2026 614 baxış
Bakıda avtomobil neft quyusuna düşdü

Bakıda avtomobil neft quyusuna düşdü

Hadisə
04 avqust 2026 614 baxış
“Elə savadlı uşağın dənizdə o şəkildə batması...” | 4 dostun istirahətinin ağır sonu - Baku TV

“Elə savadlı uşağın dənizdə o şəkildə batması...” | 4 dostun istirahətinin ağır sonu - Baku TV

Hadisə
04 avqust 2026 614 baxış
Qorxunc hadisənin detalları | Avtomobilin neft quyusuna düşməsinin səbəbi açıqlandı - Baku TV

Qorxunc hadisənin detalları | Avtomobilin neft quyusuna düşməsinin səbəbi açıqlandı - Baku TV

Hadisə
04 avqust 2026 614 baxış
Goranboyda nəhəng qovaq ağacı yol kənarına aşdı

Goranboyda nəhəng qovaq ağacı yol kənarına aşdı

Hadisə
04 avqust 2026 614 baxış
Seçilmişlər
icon