Pleyeri seçin:

Ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan daha bir dəstə tutulub

05 avqust 2023 313 baxış

İrandan Azərbaycana 73 kq narkotik vasitə gətirən mütəşəkkil dəstə üzvləri həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, İrandan Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanalar – 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar.

Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla ümumilikdə 73 kq narkotik vasitə və psixotrop maddə, həmçinin 1500 ədəd “Metadon” həbi aşkarlanıb.

N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 313 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 313 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 313 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 313 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 313 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 313 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 313 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 313 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 313 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 313 baxış
Seçilmişlər
icon