Hadisə
Pleyeri seçin:

Övladı üçün gələn ana canından oldu | Bakıdakı tükürpərdən qətlin detalları

19 noyabr 2024

2024-cü il fevralın 13-də Nərimanov Rayon Prokurorluğuna Sübhan Ələsgərov küçəsi, 11 ünvanında 38 yaşlı Sevinc İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, övladlarından birini keçmiş ərinin evindən götürməyə gələn qadın küçədə 35 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Polis yaxınlıqda yerləşən fərdi evdə cinayəti törədən Rövşən Quliyevi saxlayıb. Paltaryuyan maşının üzərindən cinayətin aləti olan bıçaq götürülüb. 39 yaşlı Rövşən Quliyev əvvəllər 3 dəfə məhkum olunub. Respublika Narkoloji Mərkəzində keçirilmiş müayinə zamanı Rövşən Quliyevdə narkomaniya xəstəliyi aşkar edilib.

Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sevinc İbrahimovanın ölümünə ağciyərlərin zədələnməsi ilə müşayiət olunan kəskin daxili və xarici qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Sabunçu qəsəbəsində yaşayan Sevinc İbrahimova həmin gün övladı Dəniz Quliyevanı götürmək üçün keçmiş əri Rövşən Quliyevin yaşadığı evə gəlib. Küçədə qadını qarşılayan Rövşən onu təhqir edərək mübahisə edib. İctimai yerdə əsaslı səbəb olmadan üzərindəki məişət təyinatlı bıçaqla rəhmsizliklə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə R.Quliyev zərərçəkmişi xuliqanlıq niyyəti ilə qəsdən öldürüb.

İş üzrə dindirilmiş Rövşən Quliyev bildirib ki, Sevinci qısqandığından öldürmək qərarına gəlib, bunu həyata keçirmək üçün əlverişli məqam gözləyib. Sevinc balaca övladlarını aparmaqdan ötrü evinə gəlib-gedib. Hadisə gününə kimi aralarında hər hansı söz-söhbət olmayıb. Bıçaqla zərbələr vurmağa başlayanda Sevinc ona müqavimət göstərməyə çalışıb, qışqırıb. Səs-küyə ətrafa insanlar toplaşıb.

Məhkəmə iclasında Rövşən Quliyev ittiham üzrə özünü tam təqsirli bilsə də, əməlindən peşman olmadığını qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışmadığını və ona ömürlük cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum olunub.

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Hadisə
19 noyabr 2024
Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Hadisə
19 noyabr 2024
Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Hadisə
19 noyabr 2024
34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

Hadisə
19 noyabr 2024
Xuliqanlıq edən Türkiyə vətəndaşı həbs olundu

Xuliqanlıq edən Türkiyə vətəndaşı həbs olundu

Hadisə
19 noyabr 2024
Astarada ailə faciəsi | Dəhşətli hadisənin detalları üzə çıxdı

Astarada ailə faciəsi | Dəhşətli hadisənin detalları üzə çıxdı

Hadisə
19 noyabr 2024
Pensərçaydan 74 yaşlı kişi meyiti tapıldı | Arvadı demişdi, 4 gündür evə gəlmir…

Pensərçaydan 74 yaşlı kişi meyiti tapıldı | Arvadı demişdi, 4 gündür evə gəlmir…

Hadisə
18 noyabr 2024
Cəlilabadda yük avtomobili yerüstü körpüyə çırpıldı

Cəlilabadda yük avtomobili yerüstü körpüyə çırpıldı

Hadisə
18 noyabr 2024
Sumqayıtda işıqforu gözləməyən "Prius" zəncirvari qəza törətdi

Sumqayıtda işıqforu gözləməyən "Prius" zəncirvari qəza törətdi

Hadisə
17 noyabr 2024
Polis əməkdaşının ölüm səbəbi | Tərtərdəki hadisə barədə DİN-dən təcili açıqlama

Polis əməkdaşının ölüm səbəbi | Tərtərdəki hadisə barədə DİN-dən təcili açıqlama

Hadisə
16 noyabr 2024
Seçilmişlər
icon