Pleyeri seçin:

Özünü şirkət rəhbəri kimi təqdim edən dələduz əməllərini etiraf etdi

24 yanvar 2025 536 baxış

Bir qrup şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rüfət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Həmin şəxs – 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü “Instagram” sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin notbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 536 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 536 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 536 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 536 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 536 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 536 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 536 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 536 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 536 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 536 baxış
Seçilmişlər
icon