Partlayış baş verən binadan sakinlərin xilasedilmə anı | FHN-dən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
